Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qarpızın orqanizmə 8 FAYDASI

Qarpızın orqanizmə 8 FAYDASI

Tarix: 13 Iyul 2020 22:00

Tərkibinin 92%-i sudan ibarət olan qarpız insan orqanizminin maye ehtiyacını böyük miqdarda qarşılayır.

Sonxeber.net xəbər verir ki, qarpızın tərkibindəki vitamin və minerallar sayəsində ürək əzələlərindən əzələ ağrılarına və dərinin gəncləşməsinə qədər bir çox orqana müsbət təsir göstərir.

Qarpızın orqanizmə 8 faydası

Az miqdarda kalorisi olmaqla yanaşı, toxluq hissi vermək özəlliyinə sahibdir. Buna görə də artıq çəkidən qurtulmaqda yardımçı olur. Lakin şəkər miqdarı yüksək olduğu üçün porsiyasına diqqət etmək lazımdır.

Lif səviyyəsi aşağı olduğu üçün qlisemik indeksi yüksək giləmeyvədir. Dolayısı ilə diabetik insanlarda bir porsiyadan çox yemək qan şəkərinin yüksəlməsinə səbəb ola bilər. Qarpızın yanında pendir kimi protein qaynağı yemək qan şəkərinin balansını qoruyur. Elektrolit tərkibi sayəsində orqanizmdəki maye itkisinin qarşısını alır. Buna görə də ara öyünlərdə yeyilməsi məsləhət görülür.

Xərçəngə qarşı müdafiə təmin edir. Ürəyin qan təzyiqini və xolesterolu azaldır. Xolesterolun qan damarlarına verdiyi zərəri bərpa edir. Tərkibindəli sitrulin tıxanan qan damarlarının genişlənməsinə səbəb olur.

Əzələ ağrısını yüngülləşdirir. İdmandan dərhal sonra 1 fincan qarpız suyu içmək əzələ ağrısını azaltmağa və enerji bərpasına yardımçı olur.

Dəri sağlamlığına kömək edir. C vitamini kollagen istehsalını artırır və dərinin daha gənc görünməsini təmin edir. Qırışların qarşısını alır. A vitamini isə ləkələri aradan qaldırır.

Tərkibindəki A və C vitaminləri saçlar üzərində də əhəmiyyətli effektə malikdir. Saçları gücləndirir, Günəş şüalarının zərərlərini aradan qaldırır.

Bol miqdarda su, az miqdarda lif tərkibi bağırsaqların fəaliyyətini sürətləndirir.

İltihabın qarşısını alır. C vitamini və antioksidant tərkibi iltihablanmanın azalmasına yardımçı olur. (publika.az)


Etiketlər:  Qarpızın orqanizmə FAYDASI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ