Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Leysan Quba-Xınalıq avtomobil yolunu dağıdıb, hərəkət çətinləşib (FOTO/VİDEO)

Leysan Quba-Xınalıq avtomobil yolunu dağıdıb, hərəkət çətinləşib (FOTO/VİDEO)

Tarix: 14 Iyul 2020 10:24

Bakı. Samir Əli - Trend:

İyulun 13 axşam saatlarından Qubaya yağan güclü leysan yağışları Quba-Xınalıq avtomobil yolunda fəsadlar törədib.

Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, sözügedən yolun 50-56-cı kilometrliyində dağlardan qopan torpaq kütləsi və daş parçalarının yolun hərəkət hissəsinə tökülməsinə səbəb olan sel suları nəticəsində hərəkət çətinləşib.

Avtomobillərin hərəkətinin bərpası üçün dərhal Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli qurumunun texnikaları əraziyə cəlb olunub. Axşam və gecə boyu fəsadların aradan qaldırılması istiqamətində aparılan işlər nəticəsində yaranan problem səhər saatlarında aradan qaldırılıb.

Belə ki, bu gün səhər saat 9-dan etibarən Quba-Xınalıq yolunda hərəkət bərpa olunub. Hazırda qeyd edilən yolda heç bir hərəkət məhdudiyyəti yoxudur.

Leysan Quba-Xınalıq avtomobil yolunu dağıdıb, hərəkət çətinləşib (FOTO/VİDEO) - Gallery Image Leysan Quba-Xınalıq avtomobil yolunu dağıdıb, hərəkət çətinləşib (FOTO/VİDEO) - Gallery Image Leysan Quba-Xınalıq avtomobil yolunu dağıdıb, hərəkət çətinləşib (FOTO/VİDEO) - Gallery Image Leysan Quba-Xınalıq avtomobil yolunu dağıdıb, hərəkət çətinləşib (FOTO/VİDEO) - Gallery Image


Etiketlər:  Leysan Quba Xınalıq avtomobil yolunu dağıdıb hərəkət çətinləşib FOTOVİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ