Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyul 2020 12:54
Pakistan Ermənistan qüvvələrinin iyulun 12-də Azərbaycanın Tovuz rayonu istiqamətində, Azərbaycan-Ermənistan sərhədinə törətdiyi hücumu qətiyyətlə pisləyir.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə Pakistan XİN-nin bəyanatında deyilir.
Bəyanatda bildirilir ki, Dağlıq Qarabağdakı həll olunmamış münaqişə bölgədəki sülhə və təhlükəsizliyə ciddi hədə yaradır və uzunmüddətli nəticələrə səbəb olur:
"Son təxribatçı hərəkətlər Ermənistanın beynəlxalq birliyin diqqətini yayındırmaq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün davam edən danışıqlar prosesinə mane olmaq cəhdidir.
Pakistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyini bir daha təsdiqləyir, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan edir".