Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan Ordusunun iki mayoru, iki giziri və bir əsgəri şəhid olub

Azərbaycan Ordusunun iki mayoru, iki giziri və bir əsgəri şəhid olub

Tarix: 14 Iyul 2020 13:42

Azərbaycan Ordusunun iki mayoru, iki giziri və bir əsgəri şəhid olub. Trend-in məlumatına görə, bunu cəbhə bölgəsində jurnalistlərin suallarını cavablandıran Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev deyib.

Milli.Az Trend-ə istinadən bildirir ki, düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun aşağıda adları çəkilən hərbi qulluqçuları da şəhid olub:

1) Mayor Əhmədov Namiq Hajan oğlu

2) Mayor Novruzov Anar Gülverdi oğlu

3) Gizir Zeynallı İlqar Ayaz oğlu

4) Gizir Babayev Yaşar Vasif oğlu

5) Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu

Milli.Az


Etiketlər:  Azərbaycan Ordusunun iki mayoru iki giziri bir əsgəri şəhid olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ