Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusda qorxulu ''3 ay'' gerçəyi

Koronavirusda qorxulu ''3 ay'' gerçəyi

Tarix: 14 Iyul 2020 20:30

Dünyanı cənginə alan koronavirusla bağlı hər gün yeni məlumatlar ortaya çıxır.

Onlarla ölkədə yüzləlrə elm adamı virusun qarşısını almaq üçün gecə gündüz vaksin üzərində çalışır. İngiltərədə aparılan araşdırmada virusu məğlub etməkdə ən böyük amil olan immun sistemi ilə bağlı bədbin nəticələr əldə edilib.

Kral Kollecində aparılan araşdırmada qeyd edilir ki, koronavirusa yoluxub sağalan insanlar bir neçə ay ərzində virusa davamlılıqlarını itirə bilərlər. Nəticədə qripdə olduğu kimi hər il yenidən xəstələnmək mümkündür. Araşdırma zamanı Londondakı "Guy's and St Thomas" xəstəxanasının xəstə və tibbi heyətinin immun sistemi təhlil edilib.

Virura qarşı savaşan antikorların səviyyəsi ilk əlamətlər müşahidə ediləndən sonra yüksələrək 3 həftə ərzində maksimuma çatıb. Daha sonra sürətlə azalma başlayıb. Qan testlərinə görə, xəstələrin 60 faizində virusla savaşın ən üst mərhələsində güclü bir antikor reaksiyası yaranıb. Üç ay sonra isə onların ancaq 17 faizinin immun sistemini qoruduğu bəlli olub. Bəzilərində isə heç antikor olmayıb.
Mütəxəssislər peyvənddən sonra insanlarda immun sisteminin güclənəcəyini düşünürdülər. Amma indi hər kəsin vaxtaşırı gələn dalğalar zamanı
yenidən xəstə ola biləcəkləri və peyvəndində uzun müddət qoruya bilməyəcəyinə işarə edilir.
"Bu halda insanların əlavə peyvəndə ehtiyacı ola bilər. Bir doza yetərli olmaya bilər".


Etiketlər:  Koronavirusda qorxulu gerçəyi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ