Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyul 2020 19:36
Viktor Ruis "Beşiktaş"la müqaviləni birtərəfli olaraq ləğv edib.
Qol.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. İspan müdafiəçinin alacaqları ödənilmədiyi üçün bu addımı atdığı bildirilib.
İstanbul təmsilçisi koronavirus pandemiyasından əvvəl oyunçuya bütün ödənişlərinin olunduğunu, pandemiyadan sonra alacaqları ilə bağlı danışıqlar aparılmasını qəbul etmədiyini bəyan edib. Klub məhkəməyə müraciət edəcəyini vurğulayıb.
Qeyd edək ki, V.Ruis 2019/2020 mövsümünün əvvəli 2,5 milyon avroya "Vilyarreal"dan "Beşiktaş"a transfer olunmuşdu.