Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2019 16:04
"Komandama və özümə inanıram. Bilirəm ki, "Mançester Yunayted"də işləmək böyük məsuliyyətdir. Ancaq bu çağırışı qəbul etməyə hazıram. Elə məhz buna görə buradayam".
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Mançester Yunayted"in baş məşqçisi Ole-Qunnar Sulşer deyib. İngiltərə Premyer Liqasında sabah "Mançester Siti" ilə keçirəcəkləri oyun barədə danışan norveçli mütəxəssis uduzmağı sevmədiyini bildirib:
"Uduzmağı xoşlamıram. Amma pis nəticə göstərəndə də doğru istiqamətdə hərəkət etdiyinizi söyləmək üçün kifayət qədər əmin olmalısınız. Biz gələcəyi planlaşdırırıq. Oyuna gəlincə, "Mançester Siti"nin aqressivliyinə hazır olmalıyıq, çünki hansı yolla olur-olsun, bizi dayandırmağa çalışacaqlar. Asanlıqla əks-hücuma çıxmağımıza imkan verməyəcəklər. Qaydanı pozacaqlar, buna şübhə etmirəm".
"Mançester Yunayted"in yeni mövsüm üçün transfer siyasəti ilə bağlı da fikirlərini açıqlayan Sulşer bəzi futbolçuların komandadan gedəcəyini istisna etməyib: "Düşünürəm ki, vacib qərarlar qəbul etmək üçün ən uyğun şəxs mənəm. Komandadakılar yaxşı uşaqlardır. Onları sevirəm. Amma mən komandanı idarə etməliyəm. Futbolçulara kömək edirəm, ancaq klubda işləyirəm. Burada düzgün iş görmək üçün əlimdən gələni edəcəyəm".