Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyul 2020 17:03
Bakı. Ceyhun Ələkbərov - Trend:
Paytaxt Bakıda yük maşını yanıb.
Trend-in məlumatına görə, hadisə Sabunçu rayonu ərazisində, aeroport yolunda qeydə alınıb.
Hərəkətdə olan yük avtomobilinin mühərrik hissəsində başlayan yanğın bir anda bütün kabinəni bürüyüb.
Ətrafda olan insanların dəstəyi ilə hadisə baş verən yerə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çağırılıb.