Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AŞPA həmməruzəçiləri sülh danışıqlarını bərpa etməyə çağırır

AŞPA həmməruzəçiləri sülh danışıqlarını bərpa etməyə çağırır

Tarix: 17 Iyul 2020 13:33

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Ermənistan və Azərbaycan arasında atəşkəs rejiminin pozulması nəticəsində baş verən insan itkilərindən narahatlığını bildirib.

Sonxeber.net Trend-ə istinadən əbər verir ki, bu barədə AŞPA-nın həmməruzəçiləri Kimmo Kiljunen, Stefan Şennak və Rocer Qeylin birgə bəyanatında deyilir.

Məruzəçilər bəyanatda tərəfləri vəziyyətin gərginləşdirəcək ritorikadan çəkinməyə və təmkinli olmağa çağırıb.

AŞPA həmməruzəçiləri hər iki ölkəni həmsədrlərin 15 iyul bəyanatlarında da göstərildiyi kimi ATƏT-in Minsk Qrupu çərçivəsində sülh danışıqlarını bərpa etməyə çağırır: sülh prosesinə əlverişli bir atmosfer yaratmaq, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün danışıqlar aparmaq və ATƏT müşahidəçilərinin bölgəyə qayıtmasını təmin etmək.


Etiketlər:  AŞPA həmməruzəçiləri sülh danışıqlarını bərpa etməyə çağırır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ