Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ETSN könüllü qanvermə aksiyası keçirir (FOTO)

ETSN könüllü qanvermə aksiyası keçirir (FOTO)

Tarix: 17 Iyul 2020 16:42

Bakı. Samir Əli - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Azərbaycan Silahlı Qüvvələrinə mənəvi dəstək məqsədilə maraqlı aksiya keçirib.

Qurumun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirlik bu məqsədlə könüllü qanvermə aksiyası təşkil edib. Aksiyaya nazirliyə tabe olan qurum əməkdaşları ilə yanaşı, jurnalistlər də qoşulub. Aksiyada iştirak edən nazirliyin kollektivi və ekokönüllülər xüsusi karantin rejiminin qaydalarına əməl etməklə qanvermə aksiyasında iştirak edib.

Milli Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim hemotoloqları donorların sağlamlıq vəziyyətini yoxladıqdan sonra onlardan qan götürür.

ETSN səhhəti imkan verən hər kəsi qanverməyə, birlik və həmrəylik nümayiş etdirməyə çağırır.

ETSN könüllü qanvermə aksiyası keçirir (FOTO) - Gallery Image ETSN könüllü qanvermə aksiyası keçirir (FOTO) - Gallery Image ETSN könüllü qanvermə aksiyası keçirir (FOTO) - Gallery Image ETSN könüllü qanvermə aksiyası keçirir (FOTO) - Gallery Image ETSN könüllü qanvermə aksiyası keçirir (FOTO) - Gallery Image ETSN könüllü qanvermə aksiyası keçirir (FOTO) - Gallery Image


Etiketlər:  ETSN könüllü qanvermə aksiyası keçirir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ