Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyul 2020 16:56
Bakı. Trend:
Ölkənin lider həyat sığortası şirkəti olan “PAŞA Həyat Sığorta” ASC yarımillik maliyyə hesabatını ictimaiyyətə açıqlayıb.
PAŞA Həyat sığorta yığımlarına görə bütün sığorta bazarında yenə də birinci yerdə qərarlaşıb. 2020-ci ilin yarımillik nəticələrinə görə PAŞA Həyat topladığı sığorta haqlarının və etdiyi sığorta ödənişlərinin həcmini artırıb. Belə ki, ötən ilin yarımilliyi ilə müqayisədə yığılmış sığorta haqları 22% artaraq 132 mln. AZN, sığorta ödənişləri isə 3 dəfə artaraq 91 mln. AZN təşkil edib. Digər tərəfdən, ilin ilk 6 ayında PAŞA Həyat-ın xalis mənfəəti 6.2 mln. AZN təşkil edib. Şirkətin investisiya fəaliyyətindən əldə etdiyi gəlir isə 13.1 mln AZN-ə qədər artıb.
Ölkənin ən dayanıqlı şirkətlərindən olan PAŞA Həyat bu il də məcmu aktivlərin həcmini artırmağa nail olub. Belə ki, məcmu aktivlərin həcmi 4% artaraq 2020-ci ilin 30 iyun tarixinə olan nəticəyə əsasən 406 mln. AZN təşkil edib.
Bu il 10 illik yubileyinə hazırlaşan PAŞA Həyat şirkəti daim müştərilərə ən yaxşı xidmət və rəqəmsal həllər təqdim etməklə yanaşı, yeni məhsulların yaradılması üzərində də çalışır. Şirkət yeni məhsullarla bütün sığorta istəklərinə və tələblərinə cavab verən diversifikasiyalı bazar yaradır və biznes üçün geniş üfüqlər açır.
Mövcud dövrdə əlbəttə ki, hər kəs etibarlı və dayanıqlı həyat sığortası şirkəti axtarışındadır. İstənilən durumda sizin vəsaitiniz əminliklə qorunmalı və sizə gəlir gətirməlidir. Bunun üçün bir neçə üsul var. PAŞA Həyat-ın müştərisi olmaq ən etibarlı üsullardandır.
Lider sığorta şirkəti - “PAŞA Həyat Sığorta” ASC 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. 31 dekabr 2019-cu il tarixinə şirkətin Nizamnamə kapitalı 40,250 mln. AZN təşkil etmişdir. Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “İstehsalatda bədbəxt hadisələrin icbari sığortası”, “Yığım tərkibli yaşam sığortası” məhsullarını təklif edir.