Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qırğızıstanda son sutkada koronavirusdan 73 nəfər öldü, 70 tibb işçisi yoluxdu

Qırğızıstanda son sutkada koronavirusdan 73 nəfər öldü, 70 tibb işçisi yoluxdu

Tarix: 18 Iyul 2020 10:00

Bakı. Trend:

Qırğızıstanda son sutkada koronavirusa 1264 nəfər yoluxub, 73 nəfər dünyasını dəyişib.

Trend-in məlumatına görə, virusa yoluxanlardan 70-i həkimdir. Ümumilikdə indiyə qədər koronavirus infeksiyasına 2269 tibb işçisi yoluxub.

Qeyd edək ki, ölkədə infeksiyaya ümumi yoluxma sayı 25 047 təşkil edir. 858 nəfər isə dünyasını dəyişib.


Etiketlər:  Qırğızıstanda sutkada koronavirusdan nəfər öldü tibb işçisi yoluxdu


RƏYLƏR