Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avropa Parlamentində Azərbaycanın Dostları Klubunun sədri daha bir bəyanat yaydı

Avropa Parlamentində Azərbaycanın Dostları Klubunun sədri daha bir bəyanat yaydı

Tarix: 18 Iyul 2020 16:09

Avropa Parlamentində (AP) Azərbaycanın Dostları Klubunun sədri, AP-nin Latviyalı deputatı Andris Ameriks Azərbaycan-Ermənistan sərhədində baş vermiş erməni təxribatı ilə bağlı Bəyanat verib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, Bəyanat Avropa Parlamenti üzvünün "Twitter" səhifəsində yayımlanıb.

Deputat A.Ameriks sərhəddə baş verən qarşıdurma ilə bağlı dərin narahatlıq keçirdiyini bildirib və həlak olanların ailələrinə başsağlığı ifadə edib.

AP üzvü tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa və ATƏT-in Minsk Qrupu çərçivəsində substantiv danışıqları davam etdirməyə çağırıb.

O, öz Bəyanatında Avropa Parlamentinin məlum Qətnamələrinə istinad edərək bütün Şərq Tərəfdaşlığı ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünə hörmət edilməsinin zəruriliyini vurğulamaqla münaqişənin yalnız dinc yolla həllinin mümkünlüyünü bəyan edib.


Etiketlər:  Avropa Parlamentində Azərbaycanın Dostları Klubunun sədri daha bəyanat yaydı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ