Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyul 2020 00:40
Bakı. Trend:
Kolumbiya silahlı qüvvələrinin ən azı iki nümayəndəsi ölkənin şərqində naməlum silahlıların hücumu nəticəsində həlak olub, 6 nəfər yaralanıb.
Trend-in məlumatına görə, bu barədə La FM radiostansiyası bildirib.
Məlumata əsasən, hadisə Norte-de-Santander departamentinin Tibu və Kukuta şəhərlərini birləşdirən magistral yolda baş verib.
Bir hərbçi yerindəcə, digəri isə xəstəxanada ölüb. Daha 6 əsgər yaxınlıqdakı xəstəxanalara aparılıb.
Hakimiyyət orqanları hadisə ilə əlaqədar araşdırmaya başlayıb. İlkin məlumatlara görə, hücum Kolumbiyanın "Milli Azadlıq Ordusu" sol radikal üsyançı qrupunun nümayəndələri tərəfindən həyata keçirilə bilər.