Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ayxan Abbasov AFFA ilə müqaviləsinin detallarını açıqladı

Ayxan Abbasov AFFA ilə müqaviləsinin detallarını açıqladı

Tarix: 1 Dekabr 2025 22:56

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov "Offside" verilişində AFFA ilə müqaviləsinin detallarını açıqlayıb. 

Sonxeber.net xəbər verir ki, "Offside" verilişinin qonağı olan 44 yaşlı mütəxəssis A milli komanda ilə sözləşməsi barədə bu sözləri deyib: 

"Müqaviləmin detallarının açıqlanmaması məni narahat etmir, narahat olanlar var. Müqaviləm var. Müddət də var. Mənim AFFA ilə U-21 yığmamızla iki illik sözləşməm vardı. Fransaya qarşı oyundan əvvəl əsas milli komandaya görə danışıqlara başlayanda biz detallı şəkildə danışdıq. Əsas məqsəd 4 oyunda mübarizə aparmaq, komandada ruhu, sistemi qurmaq idi. Xal nqazanmaq da istəyirdik, ehtiyacımız vardı. Amma təəssüf ki, çətin oldu, bu da gözlənilirdi. Problem olmazsa, hələ milli komandanın başındayıq. Martda toplanış olacaq, Millətlər Liqası oyunları gələcək. AFFA rəhbərliyi ilə planlarımızı Millətlər Liqasına qədər fikirləşirdik. Həyatdır, hər şey ola bilər. Amma bu gün, sabah, hər gün danışırıq, inşallah ki, problem olmaz". 


Etiketlər:  Ayxan Abbasov AFFA ilə müqaviləsinin detallarını açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ