Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyul 2020 09:36
Bakı. Trend:
"TikTok"un sahibi olan Çinin "ByteDance" şirkəti Britaniyada qlobal qərargah yaradılması barədə yerli hakimiyyətlə danışıqları dayandırıb.
Trend-in məlumatına görə, Londonda bu şirkətin baş ofisinin fəaliyyəti 3 000 iş yerinin açılması ilə nəticələnməli idi.
Bildirilir ki, çinli şirkət artıq bir neçə ay ərzində Britaniyanın beynəlxalq ticarət departamenti ilə danışıqlar aparırdı. Şirkət nümayəndəsi danışıqların dayandırılmasını daha geniş geopolitik amillərlə əlaqələndirib. Buna baxmayaraq, danışıqların davam edilməsini istisna etməyən "ByteDance", ÇXR ilə qərb ölkələrinin münasibətləri sabitləşdiyi halda, bu planın həyata keçməsini də mümkün görür. Lakin həllin tez bir zamanda ortaya çıxmayacağı qeyd olunur.