Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kişiləri məişət zorakılığından qoruyan proqram hazırlanır

Kişiləri məişət zorakılığından qoruyan proqram hazırlanır

Tarix: 19 Iyun 2019 19:32

Bakı. Trend:

Almaniyanın Bavariya və Şimali Reyn-Vestfaliya federal torpaqlarının rəhbərliyi kişilərin məişət zorakılığından müdafiə proqramını elan edib.

Trend-in məlumatına görə, bu proqram bir neçə mərhələni əhatə edir.

Yeni proqrama əsasən, əvvəlcə zorakılıq qurbanları üçün qaynar xətt və onlayn məsləhət xətti açılacaq.

Daha sonra sığınacaqların və məsləhət mərkəzlərinin açılması nəzərdə tutulur. Bu proqramın gələcəkdə Almaniyanın bütün federal torpaqlarında qüvvəyə minəcəyi gözlənilir.

Qeyd edək ki, statistikaya əsasən 2018-ci ildə məişət zorakılığı qurbanlarının təxminən 18 faizi kişilər olub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Kişiləri məişət zorakılığından qoruyan proqram hazırlanır


RƏYLƏR