Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AZAL Moskvadan daha bir çarter reysi həyata keçirib (FOTO)

AZAL Moskvadan daha bir çarter reysi həyata keçirib (FOTO)

Tarix: 19 Iyul 2020 22:39

Bakı. Trend:

İyulun 19-da axşam saatlarında AZAL Moskvadan daha bir çarter reysi həyata keçirib.

Trend-ə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən verilən məlumata görə, 197 nəfər Azərbaycan vətəndaşı Rusiyanın paytaxtından Bakıya gətirilib.

Reysə "COVID-19" testinin mənfi nəticəsini bildirən arayış təqdim edən sərnişinlər buraxılmışdır. Bakıya gəldikdən sonra bütün sərnişinlər iki həftə müddətində özünütəcrid rejimində olmalıdırlar.

Xatırladaq ki, çarter reysləri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hazırlanmış plana əsasən həyata keçirilir.

AZAL Moskvadan daha bir çarter reysi həyata keçirib (FOTO) - Gallery Image AZAL Moskvadan daha bir çarter reysi həyata keçirib (FOTO) - Gallery Image AZAL Moskvadan daha bir çarter reysi həyata keçirib (FOTO) - Gallery Image AZAL Moskvadan daha bir çarter reysi həyata keçirib (FOTO) - Gallery Image AZAL Moskvadan daha bir çarter reysi həyata keçirib (FOTO) - Gallery Image AZAL Moskvadan daha bir çarter reysi həyata keçirib (FOTO) - Gallery Image


Etiketlər:  AZAL Moskvadan daha çarter reysi həyata keçirib FOTO


RƏYLƏR