Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezidentin köməkçisi: ''Bu gün Azərbaycan bir neçə cəbhədə mübarizə aparır''

Prezidentin köməkçisi: ''Bu gün Azərbaycan bir neçə cəbhədə mübarizə aparır''

Tarix: 20 Iyul 2020 17:38

Bu günə qədər 212 mindən çox muzdlu içinin əməkhaqqı üçün 95 milyon 636 min manat dəstək verilib.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bu gün Nazirlər Kabineti yanında Operativ Qərərgahın birifinqində deyib.

Ş.Mövsümov vurğulayıb ki, mikrosahibkarlara dəstək məqsədilə 63 milyon manat vəsait yönəldilib.

Onun sözlərinə görə, 689 min insana sosial istiqamətdə 254 milyon manat vəsait ödənilib. O qeyd edib ki, bu gün Azərbaycan bir neçə cəbhədə mübarizə aparır: "Bu gün biz Tovuz istiqamətində ermənilərlə mübarizə aparırıq, digər istiqamət isə koronavirusla mübarizədir. Biz birlikdə bütün cəbhələrdə qalib gələcəyik".


Etiketlər:  Prezidentin köməkçisi gün Azərbaycan neçə cəbhədə mübarizə aparır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ