Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Hatayspor''dan baş məşqçi açıqlaması

''Hatayspor''dan baş məşqçi açıqlaması

Tarix: 20 Iyul 2020 18:36

Türkiyə Superliqasına vəsiqə qazanan "Hatayspor" baş məşqçisi Mehmet Altıparmakla bağlı açıqlama yayıb.

Qol.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Quranovla danışıq aparan  klub 51 yaşlı mütəxəssislə  yollarını ayırmaları ilə bağlı yayılan xəbərlərin doğru olmadığını bəyan edib.

Klubun idarə heyətinin növbəti mövsüm üçün planlamaya bu həftə keçiriləcək toplantıda başlayacağı bildirilib.

“Milliyət” qəzeti isə “Hatayspor”un Qurban Qurbanovla danışıqları davam etdirdiyini yazıb.

Xatırladaq ki, "Hatayspor" "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova təklif göndərib və 48 yaşlı mütəxəssis bunu qəbul etməyib.
 


Etiketlər:  Hatayspordan baş məşqçi açıqlaması


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ