Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pentaqonun yeni rəhbəri NATO-nun nazirlər görüşündə iştirak edəcək

Pentaqonun yeni rəhbəri NATO-nun nazirlər görüşündə iştirak edəcək

Tarix: 20 Iyun 2019 08:08

Bakı. Trend:

ABŞ müdafiə nazirinin səlahiyyətlərini icra edən Mark Esper gələn həftə Brüsseldə keçiriləcək NATO-nun nazirlər görüşündə iştirak edəcək.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqonun məlumatında deyilir.

Məlumatda bildirilir: "Görüşlər NATO alyansının möhkəmləndirilməsinə və dəstəklənməsinə, xərclərin daha düzgün ayrılmasının təmin edilməsinə, hazırlığın artırılmasına və regional təhlükəsizlik məsələlərinin həllinə yönəldiləcək".

Qeyd edək ki, M.Esper gələn həftədən ABŞ müdafiə nazirinin səlahiyyətlərini icra edən Patrik Şanahanı bu vəzifədə əvəz edəcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Pentaqonun yeni rəhbəri NATO nazirlər görüşündə iştirak edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ