Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyul 2020 19:00
"Neftçi"nin yeni transferi Yusuf Laval klubun televiziyasına fikirlərini bölüşüb.
Qol.az xəbər verir ki, nigeriyalı yarımmüdafiəçi "ağ-qaralar"ı seçməsindən, yeni komandasında qarşısına qoyduğu məqsəddən və digər məsələlərdən danışıb.
"Bu fürsət əlimə düşəndə çox sevindim. Çünki "Neftçi” çox yaxşı komandadır. Bu komandaya qoşulduğuma görə çox şadam. "Neftçi”nin uğurları üçün əlimdən gələnin ən yaxşısını edəcəyəm. Pandemiya səbəbindən çox çətin oldu. Evdən çıxıb heç nə edə bilmirdim. Ev şəraitində bəzi təmrinləri yerinə yetirməyə səy göstəriridim. Fiziki formamı qorumaq üçün artıq bir aydan sonra meydançada məşq etməyə çalışırdım. "Neftçi” fanatlarını internet vasitəsilə izləmişəm. Bilirəm ki, bu komandanın çox gözəl azarkeşləri var. Onlarla görüşü səbirsizliklə gözləyirəm. "Neftçi”də əsas məqsədim ən yaxşı oyunçu olmaqdır”.