Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyul 2020 22:20
PUBG Mobile rəqabəti artırmaq və hiylələrdən istifadə edənlərin qarşısını almaq üçün inkişaf etdirdiyi xüsusiyyəti nümayiş etdirib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, sözügedən yenilik hazırda mövcud olan izləmə rejiminə yeni mexanizm əlavə edib.
Bundan sonra proqram hansısa oyunçunun digərinin görüş məsafəsində olub-olmadığını real zamanlı olaraq müəyyən edə biləcək.
PUBG Mobile oyununda iki vacib problemin həlli hədəflənir: Mövcud izləmə rejimini manipulyasiya edərək hazırlanan hiylələri bloklamaq və oyundakı şübhəli davranışları daha effektiv şəkildə aşkara çıxararaq aradan qaldırmak. Yeni izləmə sistemi üç fərqli roldan təşkil olunur. Bu rollar arasında oyun sahibi, oyun drayveri və izləyici rolları yer alır. Bu sistemdən əvvəl hiylədən istifadə edənlər izləmə rejimini iki cihazda istifadə edərək oyundaxili düşmənlərin yerlərini təyin edir və haqsız avantaj qazanırdılar.