Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyul 2020 02:56
Bakı. Trend:
Futbol üzrə İtaliya çempionatının 35-ci turunda "Sassuolo" "Milan"a məğlub olub.
Trend-in məlumatına görə, oyun 2:1 hesabı ilə nəticələnib.
Qolları qalıb komanda tərəfdən Zlatan İbragimoviç (19 və 45-ci dəqidə), "Sassuolo"dan isə Françesko Kaputo (42-ci dəqiqə, penalti) vurublar. Qeyd edək ki, "Milan"ın 22 yaşlı qapıçısı Canluici Donnarumma üçün bu klub uğrunda 200-cü oyunu olub.
Turnir cədvəlində "Milan" 59 xalla 5-ci yerdədir. "Sassuolo" isə 48 xalla 8-ci yerdə qərarlaşıb. Növbəti turda milanlı komanda 24 iyulda "Atalanta", "Sassuolo" isə bir gün sonra "Napoli" komandaları ilə oynayacaqlar.