Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Millət vəkili mətbuat işçilərini təbrik edib

Millət vəkili mətbuat işçilərini təbrik edib

Tarix: 22 Iyul 2020 11:27

Bakı. Trend:

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra mətbuatımızın inkişafında dönüş yarandı. Bu gün Azərbaycanda yüzlərlə mətbuat orqanı qəzet və jurnal fəaliyyət göstərir Azərbaycan Respublikası Prezidentinin 5 iyul 1991-ci il tarixli fərmanı ilə "Əkinçi" qəzetinin nəşrə başlandığı gün 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur: "Bir çox demokratik ölkələrdə olduğu kimi, ölkəmizdə də Mətbuat Şurası və "Mətbuat haqqında" Qanun qəbul edilmişdir. Azad mətbuatın inkişafı, iqtisadi müstəqilliyinin təmin edilməsi, mətbuat işçilərinin sosial vəziyyətlərinin yaxşılaşdırılması məqsədi ilə xüsusi proqramlar qəbul edilmiş və müvəffəqiyyətlə həyata keçirilir. Ümumimilli lider Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlıqlarının təmin edilməsi tədbirləri haqqında" Fərmanı ilə ölkəmizdə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan illi mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalamışdır. Azərbaycanda Həyata keçirilən bu mühüm tədbirlər Azərbaycanda mətbuatın, jurnalistikanın sürətli, hərtərəfli inkişafına şərait yaratmışdır. Mətbuat da öz növbəsində Azərbaycanda insan hüquqlarının, siyasi plüralizmin, demokratiyanın üstünlük təşkil etdiyi vətəndaş cəmiyyətinin formalaşmasında yaxından iştirak edir. Milli mətbuatımız milli və ümumubəşəri dəyərlərin təbliğində, xalqımızın tarixi keçmişinin öyrənilməsində, vətənpərvərlik hislərinin cəmiyyətə aşlanmasında, ölkəmizin müstəqillik illərində bütün sahələrdə əldə etdiyi uğurlu nəticələrin cəmiyyətə çatdırılması işində yaxından iştirak edir. Mətbuat vasitələri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimayyətinə çatdırılmasında, düşmənə qarşı aparılan informasiya müharibəsində çox mühüm rol oynayırlar. Hazırda Azərbaycanda fəaliyyət göstərən bütün Kütləvi İnformasiya vasitələri Ermənistanın 12 iyuldan başlayaraq Azərbaycan – Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribat barəsində həm ölkə daxilində həm də xaricdə obyektiv, düzgün məlumatların yayılmasında, ölkədə vətənpərvərlik ruhunun daha geniş təbliğ olunması istiqamətində yorulmadan çalışırlar. Peşə bayramları münasibəti ilə bütün mətbuat işçilərini, jurnalistləri təbrik edir, onlara bu mühüm və şərəfli işlərində yeni-yeni uğurlar arzu edirəm".

Rauf Əliyev

Milli Məclisin deputatı


Etiketlər:  Millət vəkili mətbuat işçilərini təbrik edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ