Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mourinyonun yeni transfer hədəfi

Mourinyonun yeni transfer hədəfi

Tarix: 22 Iyul 2020 12:18

"Roma"nın futbolçusu Nikolo Zanolo karyerasını İngiltərədə davam etdirə bilər.
 
Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, "Tottenhem"in baş məşqçisi Joze Mourinyo 21 yaşlı yarımmüdafiəçini komandasında görmək istəyir.

Bildirilir ki, Premyer Liqa klubu Zanolo üçün 50 milyon avro ödəməyə hazırdır. Lakin "Roma" futbolçunun transferindən 60 milyon avrodan çox qazanc əldə etmək niyyətindədir. Bundan başqa italiyalı oyunçu ilə "Yuventus"un da maraqlandığı qeyd olunub.
 
İtaliya millisinin də üzvü olan N.Zanolo 2018-ci ildən "Roma"nın formasını geyinir. O, bu mövsüm A seriyasında 22 matça çıxaraq 5 qol vurub və 1 qolun ötürməsini verib.

 


Etiketlər:  Mourinyonun yeni transfer hədəfi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ