Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya XİN Ermənistan-Azərbaycan münaqişəsi barədə: ''Hər şey danışıqlar masasında qalmalıdır''

Rusiya XİN Ermənistan-Azərbaycan münaqişəsi barədə: ''Hər şey danışıqlar masasında qalmalıdır''

Tarix: 22 Iyul 2020 18:51

Rusiya o mövqedən çıxış edir ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair beynəlxalq ictimaiyyət tərəfindən ATƏT-in Minsk qrupu çərçivəsində daha əvvəl işlənib hazırlanan hər şey danışıqlar masasında qalmalıdır.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirinin müavini Aleksandr Qruşko TASS agentliyinin baş direktorunun müavini Mixail Qusmana müsahibəsində deyib.

Nazir müavini bildirib ki, hazırkı böhran, ilk növbədə, Rusiya Federasiyasının Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivlərini yaxınlaşdırmaq üçün titanik səyləri nəticəsində əldə olunan irəliləyişin geri çevrilməsinə səbəb olmamalıdır.

"Bu münaqişənin həlli, bütövlükdə bölgədəki vəziyyəti, o cümlədən bütün tərəfdaşlar arasında ikitərəfli münasibətləri yaxşılaşdıracaq. Hər kəsi, xüsusən də Minsk Qrupu ölkələrini bu cür mövqedən çıxış etməyə çağırırıq", - rusiyalı diplomat qeyd edib.


Etiketlər:  Rusiya XİN Ermənistan Azərbaycan münaqişəsi barədə Hər şey danışıqlar masasında qalmalıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ