Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyul 2020 07:32
"Microsoft" korporasiyası "Windows" üçün yeniləmələrin əvvəlki ardıcıllığını bərpa edib. İyulun sonunda əməliyyat sistemi üçün sistem yeniləmələri əlçatan olacaq.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, korporasiyanın mühəndisləri "Windows 10", "Windows Server 1809" və daha yeni versiyalar üçün təhlükəsizlik məsələləri ilə bağlı olmayan yeniləmələrin iyulun sonunda çıxarılacağını təsdiq edib. Yeniləmələr istehlakçılar və şirkətlərin mütəxəssisləri üçün işi asanlaşdırmağa görə ayın üçüncü həftəsində çıxarılacaq. Bundan əvvəl onların buraxılışı koronavirus pandemiyasına görə ləğv edilmişdi.
"Microsoft" şirkətinin rəsmisi dəqiqləşdirib ki, ilk yeniləmələrdə sistemin kritik və ya az əhəmiyyətli səhvlərini düzəldən onlarla paket olacaq. İlk yenilənmə paketi iyulun 24-dən etibarən əlçatan olacaq.