Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yeni sıxma standartı videonun həcmini 40% azaltmağa imkan verəcək

Yeni sıxma standartı videonun həcmini 40% azaltmağa imkan verəcək

Tarix: 23 Iyul 2020 08:12

"Qualcomm" şirkəti "Versatile Video Coding" (VVC) video sıxma standartı üzərində aparılan işlərin başa çatdığını bildirib. Yeni standart yayımlanan məzmunun keyfiyyətini qoruyub saxlamaqla yanaşı, axın ötürməsinin səmərəliliyini 40% yüksəldir. Bu, videonun distant iş, təhsil və teletibb kimi müxtəlif sahələrdə tətbiqini sürətləndirməlidir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Versatile Video Coding" üzərində aparılan işlər bu il iyulun 6-da başa çatıb. "Qualcomm" şirkəti texnologiyanın təqdimatında, konsepsiyanın yoxlanmasında və standartın yekun versiyasının hazırlanmasında aparıcı rol oynayıb. "VVC" kodekinin əsasını qabaqcıl kodlaşdırma və dekodlaşdırma, video və siqnallarının işlənməsi təşkil edir. Bütün bu deyilənlər təsvirin keyfiyyətini qoruyub saxlamaqla yanaşı, əvvəlki "HEVC" standartı ilə müqayisədə faylın ölçüsünü 40% azaltmağa imkan verir.

"VVC" kodekinin kommersiya tətbiqi 2021-ci ildə gözlənilir.

Milli.Az


Etiketlər:  Yeni sıxma standartı videonun həcmini 40 azaltmağa imkan verəcək


RƏYLƏR