Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyul 2020 12:14
Los-Ancelesdə Azərbaycanın Baş Konsulluğu qarşısında ermənilərin etiraz aksiyası keçirilib. Ermənilər 4 mindən çox idilər: yüksək səslərin səsləndirildiyi avtobus, üzərində etiraz sözləri yazılan köynəklər....
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri "Eurovision" təmsilçilərimizdən olan və uzun illərdir ABŞ-a köçən müğənni Fərid Məmmədov sosial şəbəkədə yazıb. Sənətçi ermənilərin Los-Ancelesdə keçirdiyi etiraz yürüşündə azərbaycanlılara hücum etməsindən və xəsarət yetirməsindən söz açıb:
"Konsulluğu qorumaq üçün 30-40 azərbaycanlı ora toplaşdı. Onlar burada yaşanan mübahisədə mübarizə apardılar və zədə aldılar. 30-40 insan 4 minə yaxın erməni ilə davada o qədər cəsarət göstərdilər ki, sanki "300 spartalı" döyüşürdü. Hər şey hazırlıqsız olmuşdu.
Rəqs, qışqırtı, etiraz - qələbə demək deyil. Əsas Bunu ABŞ necə qəbul etdi? ABŞ konqresi ermənilərin Azərbaycan ərazisini qanunsuz işğal etdiyini qəbullandı. İnşallah, ədalət yerini tapacaq".