Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyul 2020 14:00
"Los Ancelesdə aksiyanı konsulluq deyil, soydaşlarımız təşkil edib.
Erməni təxribatı ilə bağlı konsulluq məlumat alan kimi polisə müraciət edib. Konsulluq əməkdaşları avtobuslar da təşkil ediblər".
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu bu gün keçirilən birifinqdə XİN mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.
Onun sözlərinə görə, təxribat başlayan zaman avtobuslar çağırılıb. Avtobuslar 15 dəqiqəyə gəlməli olsa da, radikal qüvvələr qarşısını aldığı üçün gələ bilməyib. Polis də aksiyaçıları digər əraziyə yönəldib. Bu, həm də vətəndaşlarımızın cəsarətini nümayiş etdirir:
"Los Ancelesdə aksiya zamanı azərbaycanlı qadına əl qaldıran erməni əsilli şəxs artıq saxlanılıb və həmin şəxsin məhkəməsi olacaq".
Leyla Abdullayeva qeyd edib ki, Azərbaycanın Belçikada diplomatik nümayəndəliyinin yanında radikal erməni qüvvələri tərəfindən törədilən təxribat zamanı da 6 nəfər saxlanılıb: "Polisin şifahi məlumatına görə artıq 15 nəfər tutulub".