Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlı sahibkarların kredit almaq imkanları sadələşdirilib

Azərbaycanlı sahibkarların kredit almaq imkanları sadələşdirilib

Tarix: 20 Iyun 2019 13:15

Bakı. Trend:

İpoteka və Kredit Zəmanət Fondunun müvəkkil bankları tərəfindən təqdim edilən sənədlərin siyahısı ilə bağlı kredit məbləği həddi 350 min manatadək artırılıb.

Trend-in məlumatına görə, bu barədə Fondun “Sahibkarlıq kreditləri üzrə zəmanətlərin və faiz subsidiyalarının verilməsinin prosedur Qaydaları”na edilən dəyişikliklərdə deyilir.

Bu dəyişikliklərə qədər kredit məbləği üzrə hədd 200 min manat təşkil edirdi.

Bundan başqa, zəmanət üzrə müraciət zamanı tələb olunan sənədlər də sadələşdirilib.

Qeyd olunan dəyişikliklər təminat yetərsizliyi səbəbindən bank kreditlərinə çıxışı olmayan sahibkarlıq subyektləri üçün maneələrin aradan qaldırılmasına və daha çox sahibkarın maliyyə resurslarına çıxış imkanlarının artırılmasına şərait yaradacaq. Eyni zamanda, yeni qaydalar bankların kredit risklərini sığortalamaqla kredit layihələrinin maliyyələşməsini stimullaşdıracaq.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunda kredit reytinqi sisteminin və digər risk menecmenti alətlərinin tətbiqi Qaydası”nın 7.4-cü bəndinə görə, təminatın kreditə nisbəti kateqoriyalarının (aşağı, yuxarı və orta) hədlərini Fondun İdarə Heyəti müəyyən edir və ona ən azı ildə bir dəfə olmaqla yenidən baxılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycanlı sahibkarların kredit almaq imkanları sadələşdirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ