Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ARDNF ilin 6 ayı ərzində nə qədər ABŞ dolları satıb? - RƏSMİ

ARDNF ilin 6 ayı ərzində nə qədər ABŞ dolları satıb? - RƏSMİ

Tarix: 23 Iyul 2020 18:04

Bakı. Trend:

2020-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən hərraclar vasitəsilə 4 010,1 milyon ABŞ dolları satılıb.

Trend-in məlumatına görə, ARDNF daxil olan sorğulara cavab olaraq bildirir ki,Bu vəsaitin bir hissəsi (5 675,0 milyon manat) yanvar-iyun ayları ərzində plana uyğun şəkildə dövlət büdcəsinə transfert edilib.

Qeyd edək ki, ARDNF 2020-ci ilin ilk 6 ayı üzrə investisiya fəaliyyətinə dair təqdimatını (https://www.oilfund.az/storage/uploads/wwfnsts4ng.pdf) ictimaiyyətə açıqlayıb. Təqdimatda da qeyd edilib ki, 01 iyul tarixinə ARDNF-nin aktivlərinin tərkibinə digər valyutalarla yanaşı, 586,7 milyon ABŞ dolları ekvivalentində, yəni 997,3 milyon manat daxildir ki, bu vəsait də ARDNF-nin Mərkəzi Bankdakı hesabında saxlanılır və plana uyğun olaraq manatla olan öhdəliklərini yerinə yetirmək məqsədilə istifadə ediləcəkdir.


Etiketlər:  ARDNF ilin ayı ərzində qədər ABŞ dolları satıb RƏSMİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ