Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyul 2020 18:20
2020-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən hərraclar vasitəsilə 4 010,1 milyon ABŞ dolları satılıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, ARDNF daxil olan sorğulara cavab olaraq bildirir ki,Bu vəsaitin bir hissəsi (5 675,0 milyon manat) yanvar-iyun ayları ərzində plana uyğun şəkildə dövlət büdcəsinə transfert edilib.
Qeyd edək ki, ARDNF 2020-ci ilin ilk 6 ayı üzrə investisiya fəaliyyətinə dair təqdimatını (https://www.oilfund.az/storage/uploads/wwfnsts4ng.pdf) ictimaiyyətə açıqlayıb. Təqdimatda da qeyd edilib ki, 01 iyul tarixinə ARDNF-nin aktivlərinin tərkibinə digər valyutalarla yanaşı, 586,7 milyon ABŞ dolları ekvivalentində, yəni 997,3 milyon manat daxildir ki, bu vəsait də ARDNF-nin Mərkəzi Bankdakı hesabında saxlanılır və plana uyğun olaraq manatla olan öhdəliklərini yerinə yetirmək məqsədilə istifadə ediləcəkdir.