Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyul 2020 18:32
İspaniya millisinin sabiq futbolçusu Alvaro Neqredo ölkəsinə qayıdıb.
Qol.az xəbər verir ki, 35 yaşlı hücumçu La Liqaya vəsiqə qazanan "Kadis"lə anlaşıb. Klubun rəsmi saytı ispan futbolçu ilə növbəti mövsümün sonuna qədər müqavilə imzalandığını açıqlayıb.
Qeyd edək ki, karyerası ərzində "Rayo Valyekano", "Almeriya", "Real", "Sevilya", "Mançester Siti", "Valensiya", "Midlsbro", "Beşiktaş"da çıxış edən Neqredo son olaraq Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Nasr" klubunda oynayıb.