Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusun peyvəndi kütləvi istifadəyə nə vaxt hazır olacaq?

Koronavirusun peyvəndi kütləvi istifadəyə nə vaxt hazır olacaq?

Tarix: 23 Iyul 2020 20:20

Yeni növ koronavirusa qarşı geniş şəkildə istifadə edilə bilən peyvənd maddəsi gələn ilin ortalarında hazır ola bilər.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) elmi araşdırmalar üzrə əsas səlahiyyətli nümayəndəsi Soumya Svaminatan hazırda 20 peyvənd maddəsinin insanlar üzərində kliniki tədqiqat mərhələsində olduğunu deyib.

O, bu maddələrdən ən azı bir neçəsinin kütləvi istifadə üçün yararlı olacağına ümidvar olduğunu bildirib.

ÜST nümayəndəsi qeyd edib ki, kliniki tədqiqatlar mərhələsində olan peyvənd maddələri ilə bağlı nəticələr gələn ilin əvvəlində hazır olacaq: "Yekun seçimdən sonra peyvəndlərin kütləvi istehsalı başlana və ilin ortalarında geniş əsasda istifadəsinə başlanıla bilər".

Onun sözlərinə görə, yeni növ koronavirusa qarşı peyvənd axtarışında bu virusa qarşı immunitetin müxtəlif növləri də tədqiq olunur: "Orqanizmin müdafiə sistemində iştirak edən T hüceyrələri (limfositləri) və ya yaddaş hüceyrələri bu tədqiqatlarda diqqət mərkəzində saxlanılır".

S.Svaminatan, eyni zamanda yeni növ koronavirusa qarşı peyvəndin hazırlanmasını ÜST tarixində vaxt baxımından ən sürətli plan kimi də dəyərləndirib. Bildirib ki, bu ilin yanvar ayında virusun genom tərkibi müəyyən edilib və mart ayında ilk peyvənd testlərinə start verilib.


Etiketlər:  Koronavirusun peyvəndi kütləvi istifadəyə vaxt hazır olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ