Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyun 2019 13:30
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsi Milli Məclisə təqdim olunub.
Maliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, ölkədə minimum pensiya məbləğinin və əmək haqlarının artması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin 200,0 milyon manat və işsizlikdən sığorta fondunun 2018-ci il büdcəsinin icrası nəticəsində yaranmış qalıq vəsaitindən Fondun gəlir və xərclərinin 15,0 milyon manat artırılması zərurəti yaranıb.
Həmin xərclərin qarşılanması üçün 2019-cu ildə məcburi dövlət sosial sığorta haqları üzrə vəsaitlərin 350,0 milyon manat məbləğində əlavə daxil olması nəzərdə tutulur.
Bununla əlaqədar “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri gözlənilməklə əlavə xərclərin maliyyə təminatı üçün 2019-cu il üzrə icmal büdcənin xərclərinin yuxarı həddinin (limitinin) 215,0 milyon manat artırılması və dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlir və xərclərinin balanslaşdırılması üçün Fonda ayrılan vəsaitin məbləğinin 150,0 milyon manat azaldılması nəzərdə tutulur.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin