Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Elon Musk dünyanın ən varlı 5 adamının sırasında

Elon Musk dünyanın ən varlı 5 adamının sırasında

Tarix: 23 Iyul 2020 23:40

SpaceX və Tesla şirkətlərinin direktoru Elon Musk dünyanın ən varlı 5 adamının siyahısına daxil oldu. Bunu Forbes reytinqindəki məlumatlar sübut edir.

Milli.Az ted.az-a istinadən bildirir ki, Musk-ın sərvəti son gündə 5.1 milyard dollar artaraq 74.2 milyard dollara çatıb.

Reytinqin lideri Amazonun rəhbəri Jeff Bezos olub, sərvəti 13 milyard dollar artaraq 189 milyard dollara çatıb. İkinci yerdə Louis Vuitton Moet Hennessy şirkətlər qrupunun prezidenti Bernard Arnault ailəsi ilə (113.8 milyard dollar) qərarlaşıb.

Milyarderlərin reytinqində üçüncü pilləni Microsoft şirkətinin yaradıcılarından biri Bill Geyts (113.4 milyard dollar) tutub. Sonrakı yerdə xalis dəyəri 90.3 milyard dollar olan Feysbuk yaradıcısı Mark Zuckerberg gəlir.

Qeyd edək ki, iyulun 16-da Forbes jurnalı Musk-ın ilk olaraq dünyanın ən varlı insanlarının onluğuna daxil olduğunu bildirib.

Sonra Muskın sərvəti 70.8 milyard dollar olaraq qiymətləndirilib. O, əsasən Tesla səhmlərinin dəyərindəki artım sayəsində ilk onluğa yüksələ bilib.

Milli.Az


Etiketlər:  Elon Musk dünyanın ən varlı 5 adamının sırasında


RƏYLƏR