Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Real'' Zidanın oğlunu göndərir

''Real'' Zidanın oğlunu göndərir

Tarix: 24 Iyul 2020 13:56

"Real" qapıçısı Luka Zidanla müqaviləni yeniləməyəcək.

Qol.az AS nəşrinə istinadən xəbər verir ki, "kral klubu" hazırda "Rasinq"də icarə əsasında çıxış edən 22 yaşlı qolkiperlə yollarını ayırmaq niyyətindədir. Bildirilir ki, baş məşqçi Zinəddin Zidanın oğlu  ilə Fransanın "Montpele" klubu maraqlanır.

Bundan başqa, ötən mövsüm "Oviedo"ya icarəyə göndərdilən Andrey Luninin Madrid təmsilçisinə qayıdacağı da qeyd olunub. Rəhbərlik 21 yaşlı qolkiperin  hazırda əsas qapıçı olan Tibo Kurtuanı əvəz edə biləcəyini düşünür.

Qeyd edək ki, L.Zidan 2017-ci ildən, A.Lunin isə 2018-ci ildən "Real"da çıxış edir.

 


Etiketlər:  Real Zidanın oğlunu göndərir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ