Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Alim insanları əl sıxmaqdan həmişəlik imtina etməyə çağırıb

Alim insanları əl sıxmaqdan həmişəlik imtina etməyə çağırıb

Tarix: 25 Iyul 2020 09:00

Böyük Britaniyada gələcəkdə pandemiyadan qorunmaq üçün bir sıra davranış vərdişləri, xüsusən görüş zamanı əl sıxmaqdan imtina etmək lazımdır.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bunu London Gigiyena və Tropik Tibb Məktəbinin mikrobioloqu Baron Piot deyib.

Alimin fikrincə, ənənəvi əl sıxmaq yapon üslublu salamlaşmalarla əvəz olunmalıdır. Bundan əlavə, Piot əmindir ki, qoruyucu maska ​​taxmaq və tənəffüs xəstəliyi zamanı sosial məsafəni saxlamaq cəmiyyətdə normaya çevrilməlidir.

O, sübut olaraq, Avstraliyanın statistikasına istinad edib: burada tətbiq olunan sosial uzaqlaşdırma tədbirləri fonunda qrip və digər yoluxucu xəstəlikləri olan xəstələrin sayında azalma qeyd edilib.

Piot bildirir ki, fərqli ölkələrdəki mədəniyyət nümunələri uzun müddətdə epidemiyaların qarşısını almağa yönəldilə bilər.


Etiketlər:  Alim insanları sıxmaqdan həmişəlik imtina etməyə çağırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ