Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azərbaycanla matçdakı zədədən sonra üç oyunu buraxdım'' - Modriç

''Azərbaycanla matçdakı zədədən sonra üç oyunu buraxdım'' - Modriç

Tarix: 26 Iyul 2020 15:48

Xorvatiya millisinin kapitanı Luka Modriç "Real" üçün mövsümün uğursuz startından danışaraq AVRO-2020-nin seçmə matçında Azərbaycan millisi ilə oyunu xatırlayıb.

Qol.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi "Bakcell Arena"dakı matçda zədələnməsinin onu geri saldığını deyib:

"Əvvəla, bu mövsüm mənim üçün pis başladı - artıq "Selta" ilə ilk matçın 56-cı dəqiqəsində karyeramdakı ilk qırmızı vərəqəni heç nədən aldım. Təsadüfən arxadan rəqibinin ayağını tapdaladığım zaman nə cəza olmalıdı... Nəticədə növbəti matçı buraxdım, "Vilyarreal"la görüşə  isə ehtiyat oyunçular skamyasından başladım. Sonra milli komandanın sərəncamında olduğum zamanı Azərbaycana qarşı matçda zədələndim. Nəticədə 3 qarşılaşmanı kənardan izlədim. Zidan məni "Atletiko", sonra isə "Qranada" ilə matçda start heyətinə daxil etmədi".

Xatırladaq ki, "Real" bu mövsüm La Liqanın çempionu adını qazandı.

 


Etiketlər:  Azərbaycanla matçdakı zədədən sonra üç oyunu buraxdım Modriç


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ