Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyul 2020 18:15
Bakı. Trend:
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı sərtləşdirilmiş karantin rejimi elan edilən şəhər və rayonlardan qaydaları pozaraq, qeyri-qanuni yollarla istirahətə gələn şəxslər barəsində müvafiq tədbirlər görülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən avtonəqliyyat vasitələri saxlanılıb, yoxlanış zamanı bəzi sürücü və sərnişinlərin xüsusi karantin qaydalarını pozaraq, istirahət məqsədilə rayona gəldiyi aşkar edilib.
Qaydaları pozduqları üçün 4 nəfər barəsində protokol tərtib edilib və onların hər biri 200 manat məbləğində cərimələnib.