Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyul 2020 20:56
"İnter" hücumçu Aleksis Sançeslə icarə müddətini daha bir il uzatmaq niyyətindədir.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, İtaliya klubu oyunçunun müqavilə ilə məxsus olduğu "Mançester Yunayted"ə danışıqları davam etdirir. Çilili hücumçunun "İnter"lə hazırkı sözləşmə müddəti avqustun 5-də tamamlanır.
Qeyd edək ki, 31 yaşlı forvard cari mövsüm Milan təmsilçisinin heyətində 27 oyun keçirib və 4 qol vurub. Sançesin aktivində 10 məhsuldar ötürmə var.