Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Alimlər koronavirusdan qorunmaq üçün ən effektiv maskaları müəyyən ediblər

Alimlər koronavirusdan qorunmaq üçün ən effektiv maskaları müəyyən ediblər

Tarix: 28 Iyul 2020 08:00

Bakı. Trend:

Avstraliyalı alimlər üç növ tibbi maskanı ​​müqayisə edərək yeni növ koronavirusdan qorunma üçün ən effektivini müəyyən ediblər.

Trend-in "ScienceDaily"yə istinadən verdiyi məlumata görə, əldəqayırma birqatlı və ikiqatlı parça maskaları, həmçinin üçqatlı cərrahi maska ​​müqayisə edilib.

Alimlər müəyyən edib ki, hətta birqatlı maska ​​daşıyıcının koronavirusu yaymasının riskini azaldır. Lakin ikiqatlı maska daha effektiv olub və alimlər parça maska seçimində daha çox qatdan ibarət maskaları məsləhət görürlər.

Bundan əlavə, müqayisə zamanı ən effektiv maska üçqatlı cərrahi maska müyyən edilib.


Etiketlər:  Alimlər koronavirusdan qorunmaq üçün effektiv maskaları müəyyən ediblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ