Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya FTX azərbaycanlılar və ermənilər arasında gərginliyin artma riski olan iki regionda nəzarəti gücləndirib

Rusiya FTX azərbaycanlılar və ermənilər arasında gərginliyin artma riski olan iki regionda nəzarəti gücləndirib

Tarix: 28 Iyul 2020 16:16

Bakı. Trend:

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) ermənilərlə azərbaycanlılar arasında gərginliyin artma riski olan regionları xüsusi nəzarət götürüb.

Trend-in məlumatına görə, FTX bu baxımdan iki regionu – Kurqan vilayəti və Perm diyarını potensial təhlükəli hesab edir.

Qeyd olunur ki, Perm diyarında FTX və Ekstremizmlə Mübarizə Mərkəzinin əməkdaşları iki xalqın nümayəndələrinin toplaşdığı yerlərdə yoxlamalar keçirir, diaspor rəhbərləri ilə profilkatik danışıqlar keçirilib. Kurqan vilayətində bu cür addımlar hələlik atılmayıb.

Eyni zamanda Xantı-Mansisk Muxtar Dairəsində yerli diasporlar vəziyyəti nəzarətdə saxlayır.


Etiketlər:  Rusiya azərbaycanlılar ermənilər arasında gərginliyin artma riski olan regionda nəzarəti gücləndirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ