Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyul 2020 06:02
Bakının "Sədərək" ticarət mərkəzində avqustun 5-dən sonraya hazırlıq görülür.
Sonxeber.net bildirir ki, ticarətçilərdən biri hit.az-a açıqlamasında onlara sərt karantin rejiminin götürüləcəyi barədə məlumat veriliyini bildirib.
Bazar rəhbərliyinin təlimatından sonra sahibkarlar obyektlərinə baş çəkməyə, mallarını yerbəyer etməyə başlayıblar. Onlara bildirilib ki, avqustun 5-dən sonra işləyə biləcəklər.
Hazırda bəzi sahibkarlar vaxtaşırı "Sədərək"ə gedir, dükanlarına əl gəzdirir, səliqə-sahman yaradırlar.
Qeyd edək ki, avqustun 5-də 14 şəhər və rayonda sərt karantin rejimi başa çatır, yenidən hansı qərar veriləcəyi isə məlum deyil. Operativ Qərargahın hansı xidmət sahələrinə işləmək icazəsi verəcəyi hələlik açıqlanmır.