Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyul 2020 10:04
21-ci əsrdə penaltidən ən çox qol vuran futbolçuların siyahısı açıqlanıb.
Qol.az xəbər verir ki, "GiveMeSport" nəşrinin hazırladığı siyahıya “Yuventus”un hücumçusu Kriştiano Ronaldo başçılıq edir.
Portuqaliyalı futbolçu 2000-ci ildən indiyədək 114 penaltini dəqiq yerinə yetirib. "Barselona" və Argentina millisinin kapitanı Lionel Messi ilə "Roma"nın canlı əfsanəsi Françesko Totti hərəyə 75 penalti ilə 2-ci yerdə qərarlaşıblar. 64 penaltini dəqiq yerinə yetirən "Milan"ın forvardı Zlatan İbrahimoviç isə 3-cüdür.
İlk 10-luqda Frenk Lempard (50), Edinson Kavani (48), Stiven Cerrard (46), Alessandro Del Pyero, Ronaldinyo (hər ikisi 44) və Serxio Aquero (41) da yer alıb.