Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

673 sağalma, 339 yoluxma

673 sağalma, 339 yoluxma

Tarix: 30 Iyul 2020 17:08

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 339 yeni yoluxma faktı qeydə alınıb, 673 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 31 560 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 25 168 nəfər müalicə olunaraq sağalıb, 441 nəfər vəfat edib, aktiv xəstə sayı 5 951 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 532, ötən müddət ərzində isə ümumilikdə 717 164 test aparılıb

 


Etiketlər:  sağalma yoluxma


RƏYLƏR