Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyul 2020 17:24
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp noyabr ayında keçiriləcək prezident seçkilərini təxirə salmağa çağırış edib.
Trend-in məlumatına görə, D.Tramp bu barədə öz “Twitter” səhifəsində yazıb.
O qeyd edib ki, pandemiya ilə əlaqədar builki seçkilərdə poçt vasitəsilə səsvermə tətbiq olunsa, nəticələr qeyri-dəqiq və saxta ola bilər:
“Bu, ABŞ üçün çox böyük utanc mənbəyi olacaq”.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 3-ə nəzərdə tutulub. Hazırkı prezident Donald Trampın rəqibinin sabiq vitse-prezident Co Baydenin olacağı gözlənilir.