Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çində satılan hər ikinci smartfonu Huawei istehsal edir

Çində satılan hər ikinci smartfonu Huawei istehsal edir

Tarix: 30 Iyul 2020 22:56

Çində satılan hər ikinci smartfon Huawei şirkəti tərəfindən istehsal edilir.

Huawei-in Çindəki bazar payı 46%-ə çatıb. Bu Vivo (16%), OPPO (15%) və Xiaomi (9%) birləşməsindən daha çoxdur. 5G-smartfonlar seqmentində Huawei-nin payı 60%-i ötüb. Maraqlıdır ki, ümumi bazar artımı yavaşlasa da şirkət bir ildə 14% böyümə əldə edib.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, ABŞ-ın sanksiyalarına görə şirkət Google xidmətlərindən istifadə haqqını itirib.

Bundan sonra Huawei Çində ən vacib bazara çevrilib. Qeyd edək ki, Apple Çin bazarında 2020-ci ilin ikinci rübündə ən sürətli böyüyən bir marka olub, il ərzində + 32%. Ondan və Huawei-dən başqa bütün markalarda azalma müşahidə edilib.


Etiketlər:  Çində satılan hər ikinci smartfonu Huawei istehsal edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ